XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

29 İyun 2019 - 14:31

Səudiyyə Ərəbistanı G20 ölkələri ilə qarşılıqlı fəaliyyət göstərəcək- Vəliəhd şahzadədən açıqlama

Səudiyyə Ərəbistanı dünya miqyaslı böhranların həlli üçün G20 dövlətləri ilə sıx qarşılıqlı fəaliyyət göstərəcək.

Bunu Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Səud G20 sammitinin sessiyasında çıxışında bildirib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı bütün dünyanın qarşılaşdığı böhranların həllinə dair konsensusun işlənib hazırlanması üçün İyirmilik ölkələri ilə əməkdaşlıq şəraitində işləmək niyyətindədir. O deyib: “G20 dünya birliyinin inkişafına yaradılan şəraitə görə məsuliyyət daşıyır”.

Vəliəhd şahzadə xüsusi vurğulayıb ki, qadınların və gənclərin hüquq və imkanlarının genişləndirilməsi dünyanın inkişafını təmin edən mühüm amildir.