XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

29 İyun 2019 - 18:06

İranın xarici işlər naziri:"ABŞ-ın sanksiyalarına müqavimət göstərəcəyik"

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif özünün Tweeter səhifəsində qeyd edib ki, İran xalqı ABŞ-ın tətbiq etdiyi sərt sanksiyalara müqavimət göstərəcək.

Azərtac Reuters agentliyinə istinadla xəbər verir ki, iranlı nazir yazıb: “1980-cı illərdə İraqın lideri Səddam Hüseynin İran şəhərinə kimyəvi silahla hücum etməsinə dözən xalqımız Birləşmiş Ştatların sanksiyaları qarşısında da duruş gətirəcək. Biz o vaxt həmin sınaqdan çıxdıq və indi də bunu edəcəyik”.

Məhəmməd Cavad Zərif əlavə edib ki, İraqla müharibə zamanı Sərdəşt şəhərinə kimyəvi silahlarla hücum vaxtı iranlılar buna mətanətlə dözdülər. “Biz Qərbin Səddamı necə silahlandırdığı və dəstəklədiyini unutmamışıq. BMT Təhlükəsizlik Şurası da heç bir zaman həmin hadisəni pisləməyib”.