Gürcüstan parlamenti ölkə Konstitusiyasına dəyişiklik edəcək.
Azərtac xəbər verir ki, dəyişiklik parlament seçkilərində proporsional seçki sisteminin tətbiqi ilə əlaqədardır.
Gürcüstanda müxalifətin keçirdiyi etiraz aksiyalarında irəli sürülən tələblərdən biri də 2020-ci ildə parlament seçkilərinin proporsional sistem üzrə keçirilməsi idi. Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası müxalifətin tələbini nəzərə alıb və Konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb.
Qanun layihəsi artıq parlamentə təqdim olunub.