İyunun 29-da Tbilisidə müxalifət “Azadlıq yürüşü” keçirib.
Azərtac verir ki, Tbilisi Filarmoniyasının qarşısından və Birinci Azadlıq Meydanından başlayan yürüş Azadlıq Meydanında başa çatıb.
Yürüşdə əsas tələb Daxili İşlər naziri Giorgi Qaxarianın istefası olub. Sonra yürüş iştirakçıları parlamentin binası önündə toplaşıblar. Onların sayının artacağı gözlənilir.
Tbilisinin mərkəzi Rustaveli prospekti bağlanıb.