XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

29 İyun 2019 - 22:19

Rusiya OPEC+ sazişinin müddətini 9 ay uzatmağın tərəfdarıdır- Novakdan açıqlama

Rusiya OPEC+ sazişinin müddətini 6 yox, 9 ay uzatmağa meyllidir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak G20 sammitinin yekun mətbuat konfransında bildirib.

“Bunu iyulun 1-2-də müzakirə edəcəyik, amma qış mövsumunü də razılaşma çərçivəsində keçirməyi daha məğbul sayırıq”, – deyə nazir tələbatın azaldığı qış mövsümündə razılaşmanı tərk etməyin daha müşkül olduğunu dilə gətirib.

Başqa ölkələrin bu məsələ ilə bağlı mövqeyinə toxunan nazir qərarın “kifayət qədər yekdilliklə” verildiyini qeyd edib.

Rusiyadan savayı Səudiyyə Ərəbistanının da razılaşma müddətinin uzadılması tərəfdarı olduğunu diqqətə çatdıran A.Novak İranla bu məsələyə dair danışıqlar zamanı çətinlik yaranıb-yaranmayacağı barədə suala cavabında bütün ölkələrin razılaşmanı uzatmağa daha çox meyl göstərdiklərini, makroiqtisadi vəziyyətin də buna əl verdiyini söyləyib.

“Əlbəttə, bazardakı mövcud vəziyyətin təhlili, qeyri-müəyyənliklər, üstəgəl, ilin ikinci yarısına proqnozlar, yəni əsaslı və fors major amillər hazırkı müəmmalı vəziyyətdə bazarı çalxalamadan bu razılaşmanın müddətini uzadaraq bazardakı təklifi olduğu kimi saxlamağın daha məqsədəuyğun olacağını göstərir”, – deyə nazir əlavə edib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin G20 sammitinin yekunlarına dair nitqində Səudiyyə Ərəbistanı ilə yanaşı, OPEC+ razılaşmasının müddətini 9 ay uzatmaq təklifini dəstəkləyəcəklərini bildirib.