XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

30 İyun 2019 - 09:15

Mun Çje İn:"ABŞ və KXDR liderləri iki Koreyanın sərhədində görüşəcək"

ABŞ və KXDR liderləri tarixdə ilk dəfə Koreya yarımadasında hərbi-demarkasiya xəttində görüşəcəklər.

Bu barədə açıqlamanı Cənubi Koreya prezidenti Mun Çje İn Seulda ABŞ lideri ilə danışıqlardan sonra verib.

“ABŞ-la Şimali Koreya atəşkəs barədə razılaşma əldə olunduqdan 66 il sonra ilk dəfə Pxanmuncomda görüşəcək”, – Mun Çje İn birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Vaşinqton və Seul Koreya yarımadasının nüvəsizləşdirilməsinin, eləcə də ABŞ-la KXDR arasında münasibətlərin normallaşdırılmasının vacibliyini düşünür.

Ehtimal olunur ki, Donald Trampla KXDR lideri Kim Çen Inın görüşü yaxın saatlarda, ABŞ liderinin Cənubi Koreyaya səfəri başa çatmazdan əvvəl baş tutacaq. /APA