XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

30 İyun 2019 - 17:00

“Böyük şərəfdir” –Tramp ilk dəfə KXDR-də (Video)

ABŞ Prezidenti Donald Tramp Koreya yarımadasında hərbsizləşdirilmiş zonaya gedib.

O burada Şimali Koreya lideri Kim Çen Inla görüşüb.

İki ölkə lideri hərbsizləşdirilmiş zonada bir-biri ilə əl sıxıb.

“Böyük şərəfdir”, – ilk dəfə KXDR ərazisinə ayaq basan Tramp deyib.

Görüş zamanı D. Tramp, jurnalistlərin suallarına cavab olaraq, Şimali Koreya liderini ABŞ-a dəvət etməyə hazır olduğunu da bildirib.

Xatırladaq ki, hər iki ölkə rəhbərinin bundan əvvəlki görüşü Xanoyda keçirilən fevral sammitində olmuşdu. /Qafqazinfo