XƏBƏR LENTİ

28 Sentyabr 2020

Digər Xəbərlər

30 İyun 2019 - 18:33

ABŞ QƏTƏRƏ F-22 QIRICILARI GÖNDƏRİB –Fars körfəzi gərginlik altında

Amerika Birləşmiş Ştatları (ABŞ) Qətərə çoxtəyinatlı F-22 qırıcıları göndərib. Onların istehsalında «stels-texnologiyalar»dan («görünməz») istifadə olunub.

ABŞ hərbi-hava qüvvələri (HHQ) zərbə təyyarələrinin «Əl-Udeyd» (Qətər) bazasında dislokasiya olunması ABŞ-ın hərbi iştirakının gücləndirilməsi istiqamətində növbəti addım oldu. Bölgədə İranla toqquşmanın yüksək riski isə davam edir. Bu barədə iyunun 29-da Qətərin «Əl-Cəzirə» telekanalı məlumat verib.

«Bu təyyarələr (F-22) ilk dəfədir ki, Yaxın Şərqdə ABŞ qüvvələrinin və maraqlarının müdafiəsi məqsədilə Qətərdə yerləşdirilir» – deyə, ABŞ hərbi qüvvələri Mərkəz komandanlığının (CENTCOM, Yaxın Şərq bu komandanlığın məsuliyyət dairəsində yerləşir) xəbərində bildirilir.

CENTCOM-da Qətərə nə qədər qırıcının «tullandığı» məsələsini dəqiqləşdiməyiblər, amma sosial şəbəkələrdə yerləşdirilmiş fotoşəkillərdən «Əl-Udeyd» bazası üzərində 5 ədəd döyüş maşınını müşahidə etmək olur.

Şənbə günü səhər tezdən İranın xarici işlər naziri Mohəmməd Cavad Zərif bəyan edib ki, İslam Respublikası ABŞ-ın istənilən sanksiyalarına və bölgədəki hərbi hazırlıqlarına qətiyyətlə qarşı çıxacaq – 1980-1988-ci illərdə İran-İraq müharibəsi zamanı olduğu kimi.

«Biz o vaxt müqavimət göstərdik, indi də bunu edəcəyik» – deyə, Zərif öz «Tvitter»ində yazıb.
«Biz, heç vaxt qərb dünyasının o zaman Səddamı dəstəklədiyini və silahlandırdığını unutmayacağıq» – İran XİN başçısı qeyd edib.

AzPolitika.info