XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 January 2016 - 21:21

Kosova qarışdı: [color=red] Dinc aksiya üsyana çevrildi

Kosovanın paytaxtı Priştinada son dövrlərin ən böyük etiraz aksiyası keçirilib.

Strateq.az xəbər verir ki, nümayişçilərin atdıqları molotov kokteylləri üzündən hökumət binasında yanğın çıxıb. Yanğın qısa müddətdə söndürülüb.

Müxalifət partiyalarının keçirdiyi etiraz nümayişinə minlərlə adam qatılıb. Kosovanın bir çox şəhərindən gələn minlərlə vətəndaşın iştirak etdiyi nümayişində aksiyaçılara səslənən 3 müxalif partiyanın lideri Konstitusiyanı tapdalamaqda ittiham etdikləri Kosovo hökumətinin dərhal istefaya çağırıb.

Çıxışlardan sonra etiraz nümayişi nəzarətdən çıxıb. Bir qrup etirazçı əvvəl hökumət binasına bitişik Kosovo polisinə molotov kokteyli atıb. Bununla da ürəkləri soyumayan etirazçılar hökumət binası hədəf alınıb. Binadan alovlar yüksəlməyə başlayıb. Yanğını söndürməyə çalışan Kosovo polisi daha sonra nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Polis müdaxiləsi nümayişçilərlə qarşıdurmaya səbəb olub. Qarşıdurmada bir neçə polis və nümayişçi yaralanıb.

Müxalifət liderləri hökumət istefaya getmədikcə, aksiyaların da səngiməyəcəyini bildiriblər.