XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

01 İyul 2019 - 16:00

Maduro əleyhdarlarına qarşı işgəncə ilə divan tutmaqda təqsirləndirilir –Rejim rəhbəri beynəlxalq məsuliyyətə cəlb oluna bilər

Venesuela prezidenti Nikolas Maduro özünə qarşı edilən hücumları hələlik dəf edə bilir. Rejimin həm vətəndaş cəmiyyətindən gələn təzyiqlərə, həm də hərbi qanaddan çevriliş cəhdlərinə qarşı sinə gəlməsi rəqiblərinin belə, təəccübünə səbəb olub.

Qərb mediası Maduro hakimiyyətini müxalif kəsimə Pinoçet metodları ilə davranmaqda ittiham edir.

Keçən həftə dövlət çevrilişi ittihamı ilə həbs edilən Rafael Akosta Arevalo adlı kapitanın baş prokurorluğun binasında qəfildən ölməsi rejimin ağır işgəncə metodlarından istifadə etməsi ehtimallarını gücləndirib.

Ölən hərbçinin vəkili Alonso Medina Roa müdafiə etdiyi şəxsin məhkəməyə gətirildiyi zamanda belə, onun sifətində və bədənində dəhşətli döyülmə izlərinin açıq-aşkar göründyünü söyləyib.

Venesuela müxalifətinin lideri Xuan Quaydo BMT İnsan haqları məhkəməsinə, Amerikaarası İnsan hüquqları komissiyasına və Beynəlxalq Cinayət Məhkəməsinə məktub göndədərək bu kimi halların araşdırılması üçün beynəlxalq müstəqil məhkəmə-tibb ekspertlərinin cəlb edilməsini istəyib.

Nikolas Maduro hökumətinə qarşı barışmaz mövqeyi ilə bilinən Kolumbiya prezidenti İvan Duke isə hətta bütün dövlətləri Venesueladakı rejimi bitirmək üçün birləşməyə çağırıb. “Dünya bu diktaturaya yox deməlidir”, – deyə İvan Duke Twitter səhifəsində yazıb.

Xatırladaq ki, keçən həftənin 3-cü günü Venesuelanın Rabitə və informasiya naziri Xorxe Rodrigez 23-24 iyun tarixlərində növbəti dövlət çevrilişinin qarşısının alındığını xəbər etmişdi. Onun sözlərinə görə, qiyamçıların əsas məqsədi həm də Nikola Maduronu öldürmək olub. Nazir müxalif lider Xuan Quaydonun əvvəlcədən plan barədə xəbərinin olduğunu və dəstəklədiyini bildirib. /Musavat.com