XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

10 Yanvar 2016 - 07:05

Kataloniya prezidenti [color=red]istefaya gedir

İspaniyanın Kataloniya muxtar vilayətinin prezidenti Artur Mas istefa verməyə hazırlaşır.

Azərtac Euronews telekanalına istinadla xəbər verir ki, sentyabrda keçirilmiş seçkilərdən sonra regionun müstəqilliyini dəstəkləyən partiyalar arasında fikir ayrılığı səbəbindən Kataloniya hökumətini formalaşdırmaq mümkün olmayıb.

Parlament koalisiyası arıq yeni liderin namizədliyi ilə bağlı razılığa gəlib. O, Jironanın meri Karlos Puçdemontdur. Onun namizədliyi rəsmən yanvarın 11-də təsdiqlənməlidir. Əks-təqdirdə avtomatik şəkildə növbədənkənar regional seçkilər təyin olunacaq.

Xatırladaq ki, Artur Masın lideri olduğu “Birlikdə”hə” partiyası sentyabr seçkilərində qalib gəlsə də, parlament çoxluğuna nail ola bilməyib. Seçkiqabağı əsas vəd vilayətin müstəqillik əldə etməsi idi. İfrat solçular Artur Masın separatist ideyalarını dəstəkləsələr də, siyasi və iqtisadi məsələlərdə onların baxışları üst-üstə düşmür.