XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

02 İyul 2019 - 09:30

Donald Tramp:“Tezliklə Kim Çen Inla yeni görüşü gözləyirəm”

 

ABŞ prezidenti Donald Tramp bildirib ki, tezliklə KXDR lideri Kim Çen Inla yeni görüşü gözləyir.

Bu barədə o, özünün “Twitter”dəki səhifəsində yazıb.

“Bizim (hərbsizləşdirilmiş zonada -red) görüşümüz çox gözəl oldu. O, çox yaxşı görünürdü və yaxşı formada idi. Tezliklə onu yenidən görə biləcəyimi gözləyirəm”, – deyə Tramp yazıb.

Donald Tramp və Kim Çen In iki Koreya dövlətini ayıran hərbi demarkasiya xəttində, Pxanmuncom sərhəd məntəqəsində görüşərək danışıqlar aparıblar. Görüşə Trampla yanaşı, Cənubi Koreya prezidenti Mun Çje İndə qatılıb. /Report