XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

03 İyul 2019 - 10:33

Litva hökuməti xaricilər üçün viza prosedurlarını sadələşdirir- Yeni qaydalar

Litvanın Miqrasiya Departamenti iyulun 2-dən xarici vətəndaşlara viza üçün dəvətnamə göndərmək və yaşamaq icazəsi almaq şərtlərini sadələşdirib.

Yeni qaydalara əsasən, dəvətnamə göndərən şəxslər sənədlərini miqrasiya departamentində təsdiqlətməyəcəklər. Belə ki, bununla bağlı bütün proseduralar avtomatlaşdırılacaq. Bundan əlavə, dəvət edən tərəfə yaşadığı evin sahibinin razılığı da tələb olunmayacaq. Dəvət edən şəxs yalnız gəlirlərini təsdiq edən məktub göndərməlidir. Bütün prosedura görə isə heç bir məbləğ ödənilməyəcək.

Yaşamaq hüquq almaq istəyənlər üçün də qaydalar sadələşdirilib. Bundan sonra ərizələrin baxılması, qərarın qəbul edilməsi və yaşamaq icazəsi verən şərtlər bir prosedurda aparılacaq. Həmçinin xarici vətəndaşın biometrik göstəriciləri müsbət cavab çıxdıqda avtomatik bazaya daxil ediləcək. Bunun üçün tələb olunan ödənişlər isə sənədlərin ilkin təqdimatı zamanı həyata keçirilməlidir(azərtac).