XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

03 İyul 2019 - 12:05

Nikolas Maduro:"Müxalifətlə Norveçdə danışıqları davam etdirməyə hazırıq"

“Bu ilin sonuna qədər Venesuela hökuməti və müxalifəti arasında razılığın əldə olunması ehtimalı var”.

Bunu Venesuela prezidenti Nikolas Maduro bildirib.

O qeyd edib ki, administrasiyası bütün müxalifət qrupları ilə dialoqa açıqdır: “Mən əminəm ki, 2019-cu ildə biz qarşılıqlı anlaşma, sülh və Venesuela üçün dialoq və demokratiya məqsədilə möhtəşəm razılığa gələcəyik”.

Prezident həmçinin vurğulayıb ki, onun rəhbərlik etdiyi hökumət müxalifətlə Norveçdə danışıqları davam etdirməyə hazırdır.

Qeyd edək ki, Venesuelada bu ilin yanvarında başlayan etiraz nümayişləri fonunda müxalifət lideri Xuan Quaydonun özünü müvəqqəti prezident elan etməsindən sonra ölkədə vəziyyət gərginləşib.  /APA