Fransa parlamenti uşaqlara fiziki cəza verilməsini qadağan edən “Etimad məktəbi barədə” qanun layihəsini qəbul edib. Beləliklə, Fransa bu cür cəzaya qadağa qoyan 56 ölkədən biri olub.
Azərtac France-Presse agentliyinə istinadla xəbər verir ki, səsvermədə iştirak edən senatorların hamısı qanunun lehinə səs verib. Qəbul edilən qanun, həmçinin uşaqları alçaltmağı, söyməyi və ələ salmağı da qadağan edir.
Qanun layihəsinin müəllifləri hesab edirlər ki, uşaqların döyülməsi və alçaldılması onlarda aşağı özünüqiymətləndirməyə, antisosial davranış tendensiyasının əmələ gəlməsinə və digər mənfi fəaliyyətlərin yaranmasına səbəb ola bilər.
“Fondation pour l’Enfance” assosiasiyasının məlumatına əsasən, fransız valideynlərin 85 faizi “tərbiyə məqsədilə” uşaqlarına əl qaldırır.