XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 July 2019 - 16:13

İtalyan David Sassoli Avropa Parlamentinin yeni sədri seçilib- FOTO

Yeni çağırış Avropa Parlamentinin sədri vəzifəsinə italiyalı sosial-demokrat David-Maria Sassoli seçilib.

Azərtac təşkilatın saytına istinadla xəbər verir ki, səsvermənin ikinci turunun nəticələrinə əsasən, David Sassoli 345 səs toplayıb. Qələbə üçün deputatların 343-nün səsi lazım gəlirdi.

Florensiyadan olan 63 yaşlı sabiq jurnalist Sassoli 2009-cu ildən Avropa Parlamentinin deputatıdır. Vaxtilə təşkilatın vitse-spikeri vəzifəsində çalışıb.

Xatırladaq ki, səsvermənin bu gün səhər saatlarında keçirilən ilk raundunda dörd namizədin heç biri lazımı miqdarda səs yığa bilməmişdi.