XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

03 İyul 2019 - 16:22

Berlin “Facebook”u cərimələyib- 2 milyon avro məbləğində

AFR-in Federal ədliyyə təsisatı sosial şəbəkənin səhifələrində ədavət təzahürlərinə qarşı kifayət qədər mübarizə aparılmaması səbəbindən “Facebook”u 2 milyon avro məbləğində cərimələyib.

Bu, AFR-də 2018-ci ilin əvvəlindən qüvvədə olan və öz kontentlərini lazımi səviyyədə təqib etmədiyinə, həmçinin yolverilməz ritorikaya qarşı kifayət qədər mübarizə aparmadığına görə dövlət tərəfindən cəzalandırılmağa imkan verən federal qanun əsasında mümkün olub.

Qanuna görə, sosial şəbəkələrin administrasiyaları hüquqazidd kontentləri sutka ərzində kənarlaşdırmalı, istifadəçilər tərəfindən xəbərdarlıqlara 2 gün ərzində reaksiya verməli və istifadəçilərin hüquqazidd bildirişlərlə əlaqədar şikayətləri ilə bağlı öz fəaliyyətləri barədə hesabatı hər 6 ayda bir dəfə hüquq-mühafizə orqanlarına təqdim etməlidirlər. “Facebook” ötən il üçün yarımçıq hesabata görə cərimələnib(azərtac).