XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 İyul 2019 - 20:25

Karasin:"Tbilisidə səsləndirilən bəyanatlar danışıqlara mənfi təsir edib"

“Tbilisidə səsləndirilən bəyanatlar danışıqların əhval-ruhiyyəsinə mənfi təsir edib”.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin. Gürcüstan rəsmiləri ilə keçirdiyi növbəti Cenevrə görüşü haqqında danışan Q. Karasin bildirib ki, müzakirələr 20-21 iyun tarixində Tbilisidə baş verən hadisələrin fonunda gərgin keçib.

“Biz razılaşdıq ki, bu məsələ Cenevrə danışıqlarının mövzusu deyil və gündəlikdəki cari məsələlər üzrə işlədik. Biz təhlükəsizlik və humanitar məsələlər, regiondakı vəziyyət, güc tətbiq etməmə kimi məsələləri müzakirə etdik. Bütün gündəliyi müzakirə etdik, amma əsas məsələ – regionların statusu, Cənubi Osetiya və Abxaziyada insan hüquqları kimi məsələləri həll etmədik. Bu məsələlər müzakirə edildiyi zaman gərginlik artır”, – deyə Q. Karasin bildirib.

Nazir müavini qeyd edib ki, görüşdə Tbilisidəki mövcud vəziyyət birbaşa müzakirə edilməyib. Amma nümayişlərdə səsləndirilən bəyanatlar, eləcə də Gürcüstan prezidenti Salome Zurabişvilinin fikirləri danışıqların əhval-ruhiyyəsinə mənfi təsir edib.