XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 İyul 2019 - 22:53

Sabiq deputata elektron qolbaq taxılıb- Gürcüstanda

Gürcüstanın müxalifət Vahid Milli Hərəkat Partiyasının üzvü, keçmiş deputat Nika Meliaya elektron qolbaq taxılıb.

“Report”un yerli bürosu xəbər verir ki, Milli Probasiya Agentliyinin əməkdaşları müxalifətçinin evində olublar.

Elektron qolbaq N.Melianın qoluna taxılıb. Bundan sonra siyasətçi Gürcüstan Baş Prokurorluğunun elektron nəzarəti altında olacaq.

Qeyd edək ki, N.Melianın elektron qolbaq daşıması barədə qərarı Tbilisi Apellyasiya məhkəməsi iyulun 2-də qəbul edib.

Həmin gün məhkəmə Gürcüstanın Baş Prokurorluğunun N.Melianın 30 min lari girov müqabilində azadlığa buraxılması barədə Tbilisi Şəhər Məhkəməsinin qərarından şikayətinə baxılıb.

Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

N.Melianın deputat toxunulmazlığı iyunun 26-da aradan qaldırılıb. Parlamentin sabiq üzvü Tbilisidə iyunun 20-21-də keçirilən aksiyalarda kütləvi zorakılığın təşkili, ona rəhbərlik etməkdə və iştirakda təqsirləndirilir.