XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 İyul 2019 - 09:15

Putinin Zelenski ilə danışıqlar üçün öz şərtləri nələrdir? –Açıqlama

Rusiya prezidenti Vladimir Putin Ukrayna lideri Vladimir Zelenski ilə danışıqlar aparmasının şərtlərini açıqlayıb.

Putin seçkiqabağı vədinə əməl edəcəyi təqdirdə Zelenski ilə danışıqlara hazır olduğunu bəyan edib.

Rusiya lideri xatırladıb ki, seçkiqabağı kampaniya müddətində V.Zelenski “Donbassdakı vətəndaşları ilə birbaşa əlaqə yaradacağına və onları separatçı adlandırmaqdan əl çəkəcəyinə” dair vəd verib.

Putin onu da əlavə edib ki, “ukraynalılar yeni prezidentdən konkret hərəkətlər və yaxşılığa doğru irəliləyiş gözləyirlər”. /APA