XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 July 2019 - 10:00

Honduras sahillərində gəmi batdı:26 nəfər ölüb

Honduras sahillərində balıqçı gəmisinin batması nəticəsində azı 26 nəfər ölüb.

Bu barədə “La Tribuna” qəzeti respublikanın silahlı qüvvələr rəsmisi Xose Dominqo Mesuya istinadla məlumat yayıb.

Məlumata görə, Qrasiyas-a-Dos departamentinin şimalında batan gəminin göyərtəsində ümumilikdə 73 nəfər olub ki, onların da 47-si xilas edilib.

Gəminin batmasının səbəbləri barədə məlumat verilmir. /APA