XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

04 İyul 2019 - 18:45

Britaniya XİN Çinə xəbərdarlıq etdi –Honkonqdakı etirazlarla bağlı

Britaniyanın Xarici İşlər naziri Ceremi Hant Honkonqda etiraz aksiyaları ilə bağlı Çinə xəbərdarlıq edib.

AZƏRTAC xəbər verir ki, C.Hant rəsmi Pekini nümayişi zor gücünə yatırmamağa çağırıb. O, Çin hökumətindən etirazçıların narahatlığının əsas səbəblərini anlamağa çağırıb.

Qeyd edək ki, Honkonq “iki sistem, bir dövlət” prinsipi altında idarə olunan köhnə Britaniya koloniyasıdır. 1997-ci ildə Honkonq yarı muxtariyyət şəraitində Çinə qaytarılıb.