XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

04 İyul 2019 - 21:32

Miqrantları daşıyan gəmi batdı –Azı 80 nəfər itkin düşüb 

Göyərtəsində 86 qeyri-leqal miqrantın olduğu gəmi Aralıq dənizinin Tunis sahillərində çevrilərək batıb.

Bu barədə Assosiated Press agentliyi Beynəlxalq Miqrasiya Təşkilatına istinadla məlumat yayıb. Təşkilatın Tunisdəki missiyasının rəhbəri Loren Landonun sözlərinə görə, gəmidəki 82 nəfər indiyədək itkin düşmüş sayılır.

Qəzaya uğramış gəmini görən balıqçılar sudan dörd nəfəri çıxara biliblər. Sonradan onlardan biri ölüb, digər üç nəfər xəstəxanaya aparılıb.

Agentlik qeyd edir ki, gəmi Tunisin cənubundakı Zarziz şəhəri yaxınlığında batıb.

Bu ilin mayında Tunis sahillərində Liviyadan Avropaya gedən digər bir miqrant gəmisi qəzaya uğramışdı. O vaxt 65 nəfər həlak olmuşdu/Azərtac.