XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

05 İyul 2019 - 00:07

İmran Xan ABŞ-a səfər edəcək –Trampla regional məsələlər müzakirə olunacaq

Pakistanın Baş Naziri İmran Xan iyulun 22-də ABŞ-a səfəri zamanı Prezident Donald Trampla görüşəcək.

Bu barədə Pakistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bir qədər əvvəl İslam Respublikasının Xarici İşlər naziri Şah Mahmud Kureşi Pakistan Prezidentinin amerikalı həmkarı ilə görüşü zamanı “mühüm regional məsələlərin” müzakirə ediləcəyini bildirib.

ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya işləri üzrə köməkçisi vəzifələrini icra edən Elis Uells Vaşinqton və İslamabadın Əfqanıstan məsələsi üzrə əməkdaşlıq etdiyini deyib. Hazırda Pakistan hakimiyyəti “Taliban” hərəkatını Əfqanıstanda sülhün bərqərar olması barədə danışıqlar aparmaq üçün razı salmağa çalışır/Azərtac.