Rusiyanın İrandakı səfirliyi yerləşən ərazinin divarına yük avtomobilinin çırpılması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
“Mehr” agentliyi xəbər verir ki, hadisə iyulun 5-də səhər saatlarında olub.
Bildirilib ki, betonqarışdıran avtomobil Rusiya səfirliyinin küçə divarının yaxınlığında “Pride” və “Peugeot” markalı minik maşınları ilə toqquşub. Hadisə nəticəsində yük avtomobilinin sürücüsü ölüb, “Pride”dəki 5 sərnişin yaralanıb, səfirliyin bağ divarı uçub. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır/Report.