XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 July 2019 - 14:58

Putinlə Paşinyan arasında telefon danışığı olub –Açıqlama

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Bu barədə Nikol Paşinyan “Facebook” səhifəsində yazıb.

Nikol Paşinyan bildirib ki, son zamanlar Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin başçıları ilə telefon danışığı olub.

Onun yazdığına görə, tərəflər Avrasiya İqtisadi İttifaqı Ali İqtisadi Şurasının oktyabrın 1-də Yerevanda keçiriləcək iclası ilə bağlı məsələni müzakirə ediblər: “Əlbəttə, keçirdiyim bütün danışıqlarda ikitərəfli münasibətlərə toxunmuşuq”.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 1-də Yerevana səfər edəcəyi barədə xəbərlər yayılıb/Report.