XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

05 İyul 2019 - 17:55

Türkiyədə gün ərzində ikinci terror aktı törədilib- İki əsgər yaralanıb

PKK terrorçuları Türkiyənin Siirt vilayətinin Pervari rayonu ərazisində terror aktı törədiblər.

Hərbi maşının keçdiyi yolda əvvəlcədən basdırılmış bombanın işə salınması nəticəsində iki əsgər yaralanıb. Yaralılar bölgədəki dövlət xəstəxanasına yerləşdirilib.

Bundan əvvəl isə Hatay vilayətinin Reyhanlı rayonunda bomba yüklü avtomobilin partladılması 3 nəfərin həlak olması ilə nəticələnib.

Digər bir məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin qırıcı təyyarələri İraqın şimalında yerləşən Qəndil və Hakurk bölgələrindəki terror düşərgələrinə dəqiq zərbələr endiriblər. Bombalanan yerlərdə təlim düşərgələrinin, mağara və anbarların məhv edildiyi bildirilir(azərtac).