Yeni istifadəyə verilən İstanbul hava limanından aprel-iyun ayları ərzində təxminən yüz min təyyarə uçub. Bu aeroportda hər 74 saniyədə bir təyyarə eniş və ya uçuş həyata keçirir.
Azərtac xəbər verir ki, bu müddət ərzində İstanbula gələn və gedən sərnişin sayı rekord həddə çatıb. Belə ki, böyük köçdən sonra son 86 gün ərzində həyata keçirilən uçuşlardan, ümumilikdə 15 milyon 988 min 748 sərnişin istifadə edib.