XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

05 İyul 2019 - 21:01

Gürcüstan parlamenti qarşısında ardıcıl 16-cı etiraz aksiyası keçirilir- FOTO

Tbilisidə parlament binası qarşısında ardıcıl 16-cı gündə etiraz aksiyası keçirilir.

APA-nın yerli bürosu xəbər verir ki, etirazçıların tələbləri dəyişməyib. Onlar daxili işlər naziri Giorgi Qaxariyanın istefasını və 20-21-iyun tarixlərində baş verən hadisələrə görə məsuliyyəti üzərinə götürməsini tələb edirlər.

Təşkilatçılar bu gün keçirilən mitinqi “Azad tribuna” adlandırıblar və həm təşkilatçıların özləri, həm də sıravi vətəndaşlar bu gün tribunadan çıxış edə biləcəklər.