ABŞ-ın Kaliforniya ştatının cənubunda 6,9 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Los-Anceles şəhərindən 193 km şimalda, ocağı isə 10 kilometr dərinlikdə olub.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
Xatırladaq ki, cümə axşamı ABŞ-ın Kaliforniya ştatında Los-Ancelesdən 195 kilometr şimalda yerləşən Rickrest şəhərinin yaxınlığında 6,4 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı 9 kilometr dərinlikdə olub(azərtac).