XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

06 İyul 2019 - 13:21

“Taliban”ın hücumu nəticəsində 9 polis əməkdaşı həlak olub- Əfqanıstanda

Əfqanıstanın şimal-qərbində “Taliban” hərəkatı döyüşçülərinin hücumu nəticəsində təhlükəsizlik xidmətinin 9 əməkdaşı həlak olub, 10-u isə yaralanıb.

Taliblər Herat əyalətinin qərbində hüquq-mühafizə orqanlarının nümayəndələrinə bu gün səhər saatlarında koordinasiyalı hücum təşkil ediblər.

Əyalətin polis rəisi Əmunullah Ömərhilin sözlərinə görə, “Taliban” hərəkatının silahlıları nəzarət-buraxılış məntəqələrinə Molla Qusuddinin rəhbərliyi altında hücuma keçiblər. Bir neçə saat davam edən döyüşlərdə, həmçinin hücum edən silahlılardan 10-u, o cümlədən Molla Qusuddin öldürülüb.

Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkə ərazisində İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə silahlı qruplaşmalara qarşı birgə əməliyyatlar keçirirlər(azərtac).