XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 July 2019 - 14:22

Türkiyədə antiterror əməliyyatı:“Şahin” ləqəbli təhlükəli terrorçu yaxalanıb

Türkiyənin təhlükəsizlik qüvvələri Diyarbəkirdə xüsusi antiterror əməliyyatı keçirib.

Daxil olmuş məxfi məlumat əsasında keçirilən əməliyyat nəticəsində PKK/KCK terror təşkilatlarının adından fəaliyyət göstərən “Şahin” ləqəbli terrorçu həbs olunub.

Beş ayrı cinayətin törədilməsində ittiham olunan həmin şəxs, həmçinin terror təşkilatına üzvlər cəlb etməkdə və narkotik vasitələrin ticarətində təqsirləndirilir(azərtac).