XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

06 İyul 2019 - 16:54

ABŞ Prezidenti UNO-lardan danışıb:"Özüm inanmasam da, düşünürəm ki, hər şey ola bilər”

ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində Uçan Naməlum Obyektlərə (UNO) münasibət bildirib.

Azərtac telekanalın saytına istinadla xəbər verir ki, tanınmış jurnalist Taker Karlsonun “Siz UNO-ların mövcud olmasına inanırsınız?” sualını cavablandıran Birləşmiş Ştatların dövlət başçısı deyib: “Əslində, mən bununla bağlı təfsilatı ilə danışmaq istəmirəm. Amma UNO-ların mövcud olmasına inanmıram. Özüm inanmasam da, düşünürəm ki, hər şey ola bilər”.

Karlson Ağ evin sahibinə xatırladıb ki, ABŞ Hərbi Hava Qüvvələrinin pilotları uçuş zamanı səmada naməlum qəribə obyektlər görüblər. Donald Tramp bununla razılaşıb və bildirib ki, həqiqətən də bu obyektləri gördüklərinə and içən insanlar var. Prezident jurnalistin ABŞ Hərbi Hava Qüvvələrinin bazasında UNO parçalarının saxlanıldığı barədə digər sualına cavabında isə bildirib ki, onda bu cür məlumatlar yoxdur.

Bu ilin aprelində ABŞ Hərbi Hava Qüvvələrinin komandanlığı UNO-ları görən pilotlar üçün hesabat forması hazırlamaq qərarına gəlib. Bu, onun qənaətinə görə, izahı olmayan müşahidələr və toplanılan faktların sistemləşdirilməsi məqsədi daşıyır.