XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

06 İyul 2019 - 20:11

Dünyanın ən varlı insanı Ceff Bezos həyat yoldaşı ilə rəsmən boşandı

“Amazon” kompaniyasının banisi və sahibi Ceff Bezos həyat yoldaşı Makkenzi ilə boşanıb.

Azərtac “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, Vaşinqtonun Kinq dairəsinin hakimi iyulun 5-də boşanma barədə aktı imzalayıb. Sənədə əsasən, “Amazon” kompaniyasının 19,7 milyon səhmi Makkenzi Bezosun hesabına keçib ki, bu da şirkət səhmlərinin təxminən 4 faizinə bərabərdir. Beləliklə Makkenzi 38,3 milyard dollarlıq aktivin sahibi olub və “Bloomberg”in milyarderlər siyahısında 22-ci yeri tutub.

Boşanmadan sonra kompaniya aksiyalarının 12 faizi və ya 114,8 milyard dollar Ceff Bezosda qalıb. Varidatının bölünməsinə baxmayaraq o, dünyanın ən varlı insanı adını özündə saxlayıb.

Xatırladaq ki, Bezos ailəsi boşanacaqları barədə hələ yanvar ayında məlumat vermişdi. Onlar maliyyə məsələlərindən əlavə, uşaqlarla ünsiyyət qaydasını da müzakirə ediblər.

Makkenzi Bezos öz varidatının yarıdan çoxunu xeyriyyəçiliyə sərfə edəcəyini bildirib.