XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

07 İyul 2019 - 11:39

İrandan uranın zənginləşdirilməsi ilə bağlı daha bir açıqlama:"Məhdudiyyətlərə riayət etməyəcəyik"

İran daha özünün nüvə obyektlərində uranın zənginləşdirilməsinorması ilə bağlı məhdudiyyətlərə riayət etməyəcək.

Bu barədə Tehranda keçirilən mətbuat konfransında İranın xarici işlər nazirinin müavini Abbas Araqçı bildirib.

Onun sözlərinə görə, rəsmi Tehran bu addımı nüvə sazişi üzrə öhdəliklərin avropalı müttəfiqləri tərəfindən yerinə yetirilməməsinə cavab olaraq atıb.

A.Araqçı bildirib ki, bununla bağlı müraciət Avropa Birliyinə göndəriləcək.

Nazir müavini vurğulayıb ki, bu addım nüvə proqramı üzrə razılaşmanın saxlanılmasına yönəldilib.

Daha əvvəl İran Prezidenti Həsən Ruhani də bildirib ki, İran uranın zənginləşdirilməsini nüvə sazişindəki səviyyədən yuxarı qaldırmaq niyyətindədir.

O, nüvə sazişi ilə bağlı öhdəlikləri bir kənara qoyub, zənginləşdirmə səviyyəsini yuxarı qaldıraraq istədikləri səviyyədə saxlayacaqlarını bildirib. /Report