XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

07 İyul 2019 - 18:12

Brüssseldən İrana çağırış:"Uranla bağlı qərardan narahatıq"

Avropa İttifaqı İranın uranın zənginləşdirilməsi səviyyəsini artırmaq barədə qərarından narahatdır.

Bunu Avropa İttifaqının Xarici siyasət xidmətinin nümayəndəsi Mayya Kosyançiç bildirib.

M. Kosyançiç bu addımın İran və 5+1 qrupu arasında (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planına  (HBFP)zidd olduğunu söyləyib: “Biz İranın uranı HBFP-də nəzərdə tutulmuş 3,67 faizdən yüksək zənginləşdirəcəyi barədə bəyanatından narahatıq. Avropa İttifaqı Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdən bu barədə informasiya gözləyir. Biz Tehranı gələcəkdə HBFP-yə zidd addımlar atmaqdan çəkinməyə, HBFP-yə zidd bütün qərarlarını ləğv etməyə çağırırıq. Bura uranın HBFP-də nəzərdə tutulandan yüksək səviyyədə zənginləşdirilməsi də daxildir”.

Qeyd edək ki, 2016-cı il yanvarında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu arasında (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı imzalanıb. 2018-ci ilin may ayında ABŞ həmin sazişdən çıxdığını bəyan edib və noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. 2019-cu il mayın 8-də İran Avropanın  İranla ticari əlaqələri davam etdirəcəyi barədə vədlərini yerinə yetirmədiyini bəyan edərək Hərtərəfli Birgə Fəaliyyət Planında əlavə zənginləşdirilmiş uran və istehsal olunmuş ağır suyun satılması ilə bağlı öhdəliyi 60 gün ərzində yerinə yetirməyəcəyini bəyan edib. İran bu gün sabahdan başlayaraq uranın razılaşmada nəzərdə tutulandan yüksək səviyyədə zənginləşdirilməsinə başlayacağını açıqlayıb. /APA