XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

07 İyul 2019 - 22:42

Tramp Avropanı və Çini valyuta müharibəsi ilə hədələyib:"Onlar böyük oyun oynayırlar"

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp Avropanı və Çini öz valyutaları ilə manipulyasiya etməkdə günahlandırıb və «tarif müharibəsini valyuta müharibəsinə çevirməklə hədələyib».

Trampın öz «Tvitter» mikrobloqunda yazdığına görə, Çin və Avropa «böyük oyun oynayır» və «ABŞ-la rəqabət aparmaq üçün pulu sistemə yönəldir». Trampın fikrincə, ABŞ da eynisini etməlidir.

«Finanz.ru» yazır ki, Tramp dolları zəiflətmək üçün birbaşa valyuta təcavüzü törədə bilər. Belə bir fikiri «Bank of America Merrill Lynch» bankının analitikləri irəli sürürlər.

Amerika qanunveriilimyinə görə, dolların məzənnəsi üçün xəzinədarlıq məsuliyyət daşıyır. O da Nyu-Yorkun Federal ehtiyat bankına milli valyutanın dəyərini tənzimləmək üçün dolları açıq bazarda satmaq tapşırığı verə bilər.

AzPolitika.info