XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

08 İyul 2019 - 12:47

Gürcüstan XİN başçısı:“Şərq tərəfdaşlığı” tərəfdaş ölkələri Aİ-yə yaxınlaşdırıb”

“On il bundan əvvələ nəzər salanda əminliklə deyə bilərik ki, “Şərq tərəfdaşlığı” cəsarətli, uzaqgörən və siyasi təşəbbüs olub”.

Bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkalianinin “Euractiv” onlayn nəşrində dərc olunan məqaləsində bildirilib.

Onun sözlərinə görə, “Şərq tərəfdaşlığı” proqramı altı tərəfdaş ölkənin hamısını onların fərdi üstünlükləri, ambisiya və dayaq nöqtələrinə uyğun olaraq Avropa İttifaqına (Aİ) yaxınlaşdırıb: “Son onilliklər ərzində Gürcüstan Avropa İttifaqına üzv olmayan ölkədən təşkilatın ən yaxın strateji tərəfdaş və assosiasiyalı dövlətə çevirilib”.

D.Zalkaliani deyib ki, bu gün Gürcüstanın Aİ ilə azad ticarəti, vizasız rejimi və təşkilatın çoxsaylı proqram və agentliklərinə çıxışı var: “Digər sözlərlə Aİ və Gürcüstan arasındakı məsafə əhəmiyyətli dərəcədə azalıb və ikitərəfli ambisiyalı gündəlik hazırlanıb. Beləliklə, “Şərq tərəfdaşlığı”, ilk növbədə, Aİ və Şərq tərəfdaşları arasında fiziki və siyasi baxımdan məsafənin azaldılmasına yönəlib”.

Gürcüstan XİN başçısının məqaləsi iyulun 11-12-də Batumidə keçiriləcək “Şərq tərəfdaşlığı” proqramının 10 illik yubileyinə həsr olunmuş “Gürcüstanın Avropa yolu” adlı beynəlxalq konfrans öncəsi dərc olunub/Report.