XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

08 İyul 2019 - 16:02

Husilər Səudiyyənin «Petriot» sistemini məhv etdilər –Səudiyyə Ərəbistanının hərbi bazasına növbəti hücum

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, üsyançı-husilərin Səudiyyə Ərəbistanının hərbi bazasına növbəti hücumu zamanı Amerika istehsalı olan «Petriot» zenit-raket sistemi (ZRS) məhv edilib. Sosial şəbəkədə yayılmış videoyazı bunu sübut edir.

Mənbənin məlumatına görə, təqdim olunan rolikdən naməlum raketin «Petriot»u necə məhv etdiyini görmək olur. «Free News» nəşrinin məlumatına görə, bu zaman videodan iki partlayış səsi eşidilir ki, bu da minimum iki raketin tətbiq olunduğunu göstərir.

«Nəzərə alınsa ki, «Petriot» hətta döyüş hazırlığına gətirilmiş olmayıb, onun heyəti isə bu hücumun qarşısının alınması istiqamətində heç bir fəaliyyət cəhdi göstərməyib, belə nəticə çıxartmaq olar ki, ABŞ sistemi hətta hava hədəfini qeydə belə, ala bilməyib» – deyə, nəşr yazır.

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi (MN) məsələ ilə bağlı heç bir rəsmi şərh verməyib.