Rusiya Dumasının Beynəlxalq Əlaqələr Komitəsi Gürcüstandan şərab və süfrə suları ixracının, həmçinin pul köçürmələrinin məhdudlaşdırılması barədə təklifi dəstəkləyib.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə komitənin sədri Leonid Slutski jurnalistlərə açıqlamasında bildirib: “Əlavə sərt tədbirlərin görülməsi vacibdir. Beynəlxalq Əlaqələr Komitəsi Gürcüstandan qida məhsullarının ixracının məhdudlaşdırılması ilə bağlı təklifi dəstəkləyib. Bura şərab, süfrə suları, həmçinin ölkələr arasında pul köçürmələrinin dayandırılması daxildir”.