XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

08 İyul 2019 - 20:53

İtaliya polisi doqquz idmançını həbs edib- Dopinqdən istifadəyə görə

İtaliya polisi ölkənin şimalında həvəskar idmançılar və bodibildinqçilər arasında apardığı dopinq araşdırmasının nəticəsinə əsasən doqquz nəfəri həbs edib.

Azərtac ANSA agentliyinə istinadla xəbər verir ki, həbslər ölkənin Trento, Bolçano, Breşia, Berqamo, Kremona, Medona və Viterbo əyalətlərində həyata keçirilib.

Trento əyalətində “NAS” sanitar-gigiyena polisi 1 milyon avro dəyərində qadağan edilmiş preparat ələ keçirib.

İtaliyada qadağan olunmuş preparatlara görə aparılan dopinq testlərinin nəticəsi həvəskar idmançıların 2 faizindən çoxunda müsbət çıxıb.