XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

08 İyul 2019 - 21:19

Gürcüstanda “Rustavi 2” kanalına qarşı yenidən etiraz mitinqi başlayıb- FOTO

Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalının binası qarşısında yenidən etiraz mitinqi keçirilir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, iştirakçılar aparıcı Giorgi Qabunianın müvəqqəti deyil, həmişəlik işdən uzaqlaşdırılmasını və kanalın rəhbərliyinin dəyişdirilməsini tələb edirlər.

Mitinqçilər tələbləri yerinə yetirilənə qədər etirazları davam etdirəcəklərini bildiriblər.

“Rustavi 2” televiziya kanalının binası yaxınlığına polis əməkdaşları cəlb olunub.

Qeyd edək ki, ötən gün G.Qabunia aparıcısı olduğu “Postskriptum” proqramında Rusiya prezidenti Vladimir Putinin ünvanına rus dilində qeyri-etik ifadələr işlədib, söyüş söyüb. “Rustavi 2” televiziyasının rəhbərliyi ötən gün tamaşaçılardan üzr istəyib, bu gün isə G.Qabunianı iki ay müddətinə işdən uzaqlaşdırıb.