XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

08 İyul 2019 - 23:15

Vaşinqtonda metro və Ağ Evi sel suları basıb

Vaşinqtonda yağan intensiv yağışlar nəticəsində cənub rayonlarda dəmir yolu xətti, metro stansiyaları su altda qalıb.

APA-nın “TASS”a istinadən verdiyi məlumata görə, bu istiqamətdə qatarların hərəkəti dayandırılıb.

Şəhərin və ətrafındakı bir çox əraziləri, eləcə də Ağ Evin bəzi binalarını sel suları basıb.

Sosial şəbəkələrdə metrodakı sərnişinlər tərəfindən paylaşılan fotoşəkillər və videolarda da bir sıra stansiyaların tavanından su sızmaları müşahidə edilir.

Bütün bunlara baxmayaraq, yerli meteoroloqlar tərəfindən rəsmi məlumat yayılmayıb.