XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 İyul 2019 - 09:32

Venesuela müxalifəti ilə danışıqlar başladı- Maduro açıqladı

Venesuela prezidenti Nikolas Maduro Barbados adasında müxalifətlə danışıqlar prosesinin başlamasını açıqlayıb.

“Report” xəbər verir ki, Venesuela prezidenti bunu dövlət televiziyasında elan edib.

“Bu gün, Norveç hökumətinin iştirakı ilə Barbados adasında Venesuela müxalifətilə dialoq prosesi başlayıb. Çox maraqlı bir başlanğıcdı. Mən danışıqlar prosesinin başlanğıcında nümayəndə heyətimizin başçısından bir mesaj aldım. Və bu mesaj məndə gələcəyə böyük ümidlər yaratdı” deyə Madura bildirib.