Azərbaycan əsilli şərqşünas-alim və filosof Daryuş Şayeqanı kripto erməni və “Erməni Gizli Ordusu”nun rəhbəri elan etmiş iranlı araşdırmaçı, yazar Əbdülrza Davəri yeni açıqlama verib.
Strateq.az “Tvitter”ə istinadla xəbər verir ki, Davəri SAVAK-a aid yeni sənədlərə əsasən, bu şəxsin əslində, Qacad Boqosyan olduğunu bildirib.
Davəri bu haqda öz akkauntunda qeyd yazıb.
Araşdırmaçının sözlərinə görə, 1960-cı illərdə erməni terror təşkilatının İran qolunun rəhbəri olmuş və İran kəşfiyyatının (SAVAK) rəhbəri Hüseyn Ferdustla məxfi görüş keçirmiş Boqosyan “Hürr” adlı ibtidai məktəblərə də rəhbərlik edirmiş.