XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 İyul 2019 - 14:36

Çində ekstradisiya barədə qanuna düzəlişlərdən imtina edilib –Səbəb

Honkonq administrasiyasının rəhbəri Kerri Lem etiraz aksiyalarına səbəb olan ekstradisiya barədə qanuna düzəlişlərin iflasa uğradığını deyib.

Kerri Lem iyulun 9-da keçirilən mətbuat konfransında hakimiyyətin qanun layihəsini yenidən nəzərdən keçirmək kimi planlarının olmadığını bildirib. Onun sözlərinə görə, sənəd üzərində aparılan işlər tamamilə iflasa uğrayıb.

Kerri Lem son həftələr Honkonqda baş verən iğtişaşların məsuliyyətini də öz üzərinə götürüb.

Ekstradisiya barədə qanuna düzəlişlər Honkonq ərazisində olan və cinayət törətməkdə şübhəli bilinən şəxslərin məhkəmə qarşısına çıxarılması üçün Çinin materik hissəsinə və ekstradisiyaya dair sazişin olmadığı ölkələrə göndərilməsini nəzərdə tuturdu. Honkonq sakinlərinin kütləvi etiraz aksiyalarına başlaması səbəbindən hakimiyyət qanuna düzəlişlərin müzakirəsini təxirə salmışdı. Etirazçılar isə qanun layihəsinin ləğv olunmasını tələb edirdi. /Azərtac