Argentinanın sabiq prezidenti Fernabdo de la Rua 81 yaşında vəfat edib.
Strateq.az TRT-yə istinadla xəbər verir ki, ürək və böyrək xəstəliyindən əziyyət çəkən sabiq prezident Buenos-Ayresdə xəstəxanada dünyasını dəyişib.
Məlumata görə, sabiq prezidentin ölümü ilə əlaqədar ölkədə üçgünlük matəm elan olunub.
Xatırladaq ki, mərhum prezident 1999-cu ildə prezident seçilmişdi. O, 2001-cildə ölkədəki iqtisadi böhranın kəskinləşməsinə görə yaşanan kütləvi iğtişaşlar səbəbindən istefa vermişdi.