XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

09 İyul 2019 - 21:31

Hökumət sərnişinlərin yola sərf etdiyi vaxtı qısaltmaq istəyir- Danimarkda

Danimarkanın Nəqliyyat naziri Benni Engelbrext bildirib ki, Krallıqda beş ən iri şəhər arasında yola sərnişinlərin sərf etdiyi vaxtı qısaltmaq istəyirlər.

Bu plan həyata keçirilsə, onda Olborq və Orxus, Orxus və Odense, Odense və Esbyerq, Odense və Kopenhagen şəhərləri arasında dəmir yolu daşımalarının müddəti bir saatdan çox olmayacaq.

Yola sərf olunan vaxtın qısaldılması və dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi istiqamətində addımlar üzrə plan ilk dəfə 2014-cü ildə təqdim edilib. Lakin parlamentdə dəstəklənmədiyinə görə onun reallaşdırılması dayandırılıb. Ötən ay keçirilən ümumi seçkilərdən sonra hökumətin dəyişməsi nəticəsində bu istiqamətdə işlər yenidən başlayır.

Nəqliyyat naziri Benni Engelbrext artıq bildirib ki, bu planı müzakirə etmək üçün onun ilkin variantını dəstəkləyən partiyalarla görüşəcək(azərtac).