Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası qarşısında növbəti aksiya keçirilir.
“Report”un Gürcüstan bürosu xəbər verir ki,sayca 20-ci olan aksiyanın tələbi daxili işlər naziri Giorgi Qaxarianınistefasıdır.
Bugünkü aksiyada az kütləvilik müşahidə olunur.
Təşkilatçılar tələb yerinə yetirilməyənə qədər dinc aksiyaları davam etdirəcəklərini bildiriblər.