XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

09 İyul 2019 - 21:56

Kreml Kiyev-Moskva telekörpüsünün ləğv olunmasına təəssüflənir- Peskovdan açıqlama

Rusiya və Ukrayna arasında telekörpü gözəl təşəbbüs idi, Moskva onun baş tutmamasına təəssüf edir.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuat konfransında deyib.

“Əlbəttə, telekörpünün ləğv olunmasına təəssüflənirik. İki kanalın təşəbbüsü çox düzgün idi. Görünür ki, Ukrayna tərəfi buna hazır deyil”, – deyə Prezidentin mətbuat katibi bildirib.

Dmitri Peskov Rusiya-Ukrayna münasibətlərində belə layihənin vaxtının çatmadığı barədə fikirlə də razılaşmayıb. “İnsan ünsiyyəti heç zaman vaxtsız ola bilməz. Ünsiyyət həqiqəti doğurur”, – deyə o əlavə edib.

Xatırladaq ki, ötən bazar günü Rossiya-1 telekanalında iyulun 12-də Moskva vaxtı ilə saat 18:00-dan 20:00-dək “Danışmaq lazımdır” adlı Kiyev-Moskva telekörpüsünün keçiriləcəyi barədə məlumat yayılmışdı. Təşəbbüs bəzi ukraynalı siyasətçilərinin və partiyaların etirazına səbəb olub. Sonradan jurnalistlərin ünvanına səsləndirilən təhdidlər səbəbindən telekörpünün ləğv edildiyi bildirilib.